İrandan Türkiyəyə balistik raket atılıb – Ankaradan Tehrana XƏBƏRDARLIQ
İrandan Türkyənin hava məkanına ballsitik raket atılıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayılıb.
Bildirilib ki, raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Hatayın Dörtyol rayonuna düşən sursat qalıqlarının isə havada məhvetmə əməliyyatı zamanı istifadə olunan müdafiə sursatına aid olduğu müəyyənləşdirilib
Nazirliyin açıqlamasında qeyd olunub ki, raketin trayektoriyası izlənilib və potensial təhlükə müəyyən edildikdən sonra müdafiə mexanizmləri işə salınıb.
“Müdaxilə nəticəsində ballistik mərmi hədəfinə çatmadan məhv edilib. Ölkəmizə qarşı istənilən düşməncəsinə addıma cavab vermək hüququmuzun olduğunu xatırladırıq. Türkiyə regional sabitliyin tərəfdarıdır, lakin milli təhlükəsizliyinə yönələn istənilən təhdidə adekvat cavab verməkdə qərarlıdır”, – açıqlamada bildirilib.
Türkiyənin Müdafiə Nazirliyi hadisə nəticəsində ölən və ya yaralanan olmadığını xatırladaraq, bölgədə gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb və NATO ilə koordinasiyanın davam etdiriləcəyini bəyan edib.
Arzu Paşaqızı