İrandan İsrailə 27 ballistik raket atıldı, 11 nəfər yaralandı

İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.

turaninsesi.az“-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.

Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfər orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.