İrandan gözlənilməz açıqlama: Bizim buna hüququmuz var!

0

İran İsrailin hücumuna qarşı özünümüdafiə hüququna malik olduğunu bəyan edib.

turaninsesi.az” xəbər verir ki, İran Xarici İşlər Nazirliyi İsrailin hücumu ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda hücum pislənilib və İsrailin İrandakı hərbi obyektlərə qarşı təcavüzkar hərəkətinin beynəlxalq hüquqa zidd olduğu bildirilib.Hücumu pisləyən ölkələrə təşəkkür edilib və İranın öz xalqının təhlükəsizliyini və həyati maraqlarını qorumaq üçün bütün imkanlarından istifadə edəcəyi vurğulanıb.

Bildirilib ki, ABŞ və bəzi Qərb dövlətlərinin dəstəyi ilə Qəzzada soyqırım törədən və Livanda təcavüzünü davam etdirən İsrail regionda təhlükəsizlik və gərginliyin mənbəyidir.

Nazirlik, həmçinin BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına və 1949-cu il Cenevrə Konvensiyalarına üzv olan bütün dövlətləri beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozan İsrailə qarşı təcili və birgə tədbirlər görməyə çağırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir