İranda terror aktının təşkilində şübhəli bilinən 3 nəfər həbs edilib

0

İran polisi Xuzistan əyalətinin İze şəhərində silahlı hücum və iğtişaşlar təşkil etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Turanın səsi”  xəbər verir ki, bu barədə cümə axşamı “Mehr” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Digər cinayətkarların axtarışı davam etdirilir. Təhqiqat aparılır.

İran Prezidenti İbrahim Rəisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, İranın İRNA dövlət agentliyi noyabrın 16-da İze şəhərindəki bazarlardan birində atışma barədə məlumat yayıb. Agentlik hadisəni terror aktı adlandırıb. “Mehr” xəbər verib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir