İranda öldürülən yüksək vəzifəli şəxslərin ADLARI AÇIQLANDI

ABŞ və İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Siyahıda İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.

Məlumata görə, öldürülən digər şəxslərin adları sonradan açıqlanacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Arzu Paşaqızı