İranda “Mossad” casusu edam olundu

“Mossad”a işləməkdə təqsirli bilinən şəxs bu gün səhər İranda edam edilib.
“turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, edam edilən Möhsün Ləngərneşin 2020-ci ilin payızındanİsrail kəşfiyyatı ilə əməkdaşlığa başlayıb.
O, terror əməliyyatlarını dəstəkləyib və 2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) polkovniki Həsən Səyyad-Xodainin ölümü ilə nəticələnən hücumda iştirak edib.