İranda iki həftə ərzində 63 məhbus edam olunub

İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub.

Turanın səsi ” “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib.

Qeyd edilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.

Təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib : “Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.

Təşkilatın hesabatına əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə İranda edamların sayı iki dəfə artıb: “Naməlum səbəblərdən insanlar itkin düşür. Habelə ölkədə işgəncə və başqa qeyri-insani, alçaldıcı, qəddar əməllər mütəşəkkil şəkildə həyata keçirilir”.

Bildirilib ki, İran məhkəmə sistemi bu kimi qanunsuz əməlləri ictimailəşdirmir. İran İnsan Haqları Təşkilatı qeyd edib ki, İslam Respublikası 2023-cü ildə azı 22 qadını edam etməklə, dünyada bu göstəriciyə görə birinci yerdədir.

Məlumata görə, 2023-cü ildə 1634 edam hökmü icra olunub. Çindəki edamlar bu statistikaya daxil edilməyib. Təşkilatın hesabatına əsasən, Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ 2023-cü ildə ən çox ölüm hökmü icra olunmuş ölkələrdir.

Kallamar ABŞ-da edamların sayının 18-dən 24-ə yüksəldiyini söyləyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir