İranda güclü zəlzələ baş verdi – Xəsarət alanlar və ya dağıntılar…

Bu gün İranın cənub bölgəsində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

turaninsesi.az” xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:00 radələrində Hürmüzqan vilayətində baş verib. Zəlzələnin ocağı yerin təxminən 10 kilometr dərinliyində yerləşib. Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılarla bağlı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, İran tektonik cəhətdən aktiv zonada yerləşdiyi üçün bu ölkədə zəlzələlər tez-tez baş verir.