İranda dərman böhranı yaranıb
İranda 170-dən çox adda dərman preparatı çatışmazlığı yaranıb.
“Turanın səsi ” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlər ciddi problemlə üzləşib.
Məlumata görə, müşahidə olunan soyuq hava şəraiti ölkənin müxtəlif bölgələrində mövsümi xəstəliklərə yoluxma hallarını artırıb. Bu isə müəyyən dərman preparatlarına olan tələbatı kəskin artırıb.
Bununla yanaşı, qış ayları olmasına baxmayaraq son günlər İranda təbii qazın təchizatında fasilələrin yaranması əhali arasında xəstələnmə sayını daha da artırıb.
Tehran hakimiyyətinin yürütdüyü siyasət səbəbindən ölkə iqtisadiyyatına, o cümlədən neft-qaz sənayesinə tətbiq edilən sanksiyalar da farmakoloji sahədə problem yaradıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09