İrana hücum: 7 saata hazırlıq düyməsi nə vaxt basılacaq?

ABŞ kəşfiyyatı İsrailin cəmi 7 saat ərzində İrana hücum etməyə hazırlaşacağını hesablayıb.

turaninsesi.az” New York Times-a (NYT) istinadla xəbər verir ki, bunu mənbələr bildirib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərindən bir müddət əvvəl İsrail rəsmiləri Vaşinqtonu İranın nüvə obyektlərinə hücum etməyə hazır olduqları barədə xəbərdarlıq ediblər.

Onların məlumatına görə, İsrail İran tərəfindən uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasının və İranın bütün nüvə obyektlərinin sökülməsinin tərəfdarıdır. İsrail rəsmiləri qorxurlar ki, İranın nüvə proqramı ilə bağlı saziş bağlamaq cəhdində Tramp Tehrana onları saxlamağa icazə verəcək.

Daha əvvəl “Axios” portalının mənbələrə istinadən verdiyi məlumata görə, Tramp İsrailin baş naziri Benyamin Netanyahuya İranın nüvə proqramı üzrə danışıqlar prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməli olduğunu deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI