İran yeni dron hücumuna başladı

İran Ordusu İsrailə qarşı PUA hücumuna başlayıb.

turaninsesi.az” təsnim-ə istinadla xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı general Kəyumərs Heydəri məlumat yayıb.

Dronlar Təl-Əviv və Hayfa şəhərlərindəki strateji mövqeləri hədəfə alıb.

Yeni hücum dalğasında 2000 kilometr uçuş məsafəsinə malik “Ərəş” kamikadze PUA-larından istifadə olunur.