İran XİN: Türkiyə də bizim qədər narahatdır

“Türkiyəli dostlarımız da Suriyada baş verən proseslərdən bizim qədər narahatdır”.

turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Xin-in sözçüsü İsmayıl Bəqai deyib.

O qeyd edib: “Hamımız belə bir qənaətə gəldik ki, Suriyada hər hansı bir təhlükəsizliksizlik təkcə Suriya ilə məhdudlaşmır. Xarici işlər naziri Əraqçinin Suriyaya səfərində məqsəd İranın Suriyaya dəstək və müqavimət mesajını Suriya hakimiyyət orqanlarına çatdırmaq və Suriyadakı son vəziyyətlə bağlı dəqiq qiymət vermək olub. Diplomatik müstəvidə terrorçuların yaratdığı təhlükələri anlamaq İran və region ölkələrinin borcudur”.

Bəqainin sözlərinə görə, Türkiyənin də məqsədi eynidir:

“Türkiyə Suriyanın və bizim önəmli qonşularımızdan biridir. Türkiyə Astana prosesində faydalı və konstruktiv rol oynayıb. Astana prosesi Suriyadakı böhrana nəzarətlə bağlı ən sabit və uğurlu mexanizm olub. Hər 3 qarant gərginliyi nəzarətdə saxlamağa çalışıb. Bu proses hələ də canlıdır. 

Cənab Əraqçinin Türkiyə rəsmiləri ilə danışıqları davam edir. Suriya xarici işlər naziri bu məsələlərin Türkiyə ilə heç bir əlaqəsinin olmadığını açıq şəkildə ifadə edib. Türkiyəli dostlarımız da Suriyada baş verən proseslərdən bizim qədər narahatdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI