İran XİN Suriyaya dair şərtlərini açıqladı

Terrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir.
“turaninsesi.az” IRNA_ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bizim Dəməşqdə hökmranlıq edəcək şəxslərlə münasibətimiz onların slam Respublikası və Suriya şiələrinə qarşı davranış və siyasətindən, eləcə də onların sionist rejimdən (İsrail) və terrorçulardan nə qədər uzaq olacağından asılıdır. Müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin biz bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik”, – deyə XİN rəhbəri vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI