İran XİN Rusiya və Türkiyəyə çağırış etdi
Suriyada terrorçulara qarşı birgə, qəti və koordinasiyalı tədbirlər görülməlidir.
“turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, bu, İran XİN-in bəyanatında deyilir.
Nazirliyin sözçüsü İsmail Bəqai qeyd edib: “Suriyadakı terrorçu qrupların fəaliyyətinin bərpasından sonra İran terrorizmin bütün regionda yayılmasının qarşısını almaq üçün qətiyyətli, koordinasiyalı tədbirlər görməyə çağırır”.
O vurğulayıb ki, terrorçuların son günlər Suriyada həyata keçirdikləri hərəkətlər Qərbi Asiyada vəziyyətin sabitliyini pozmaq üçün israillilər və ABŞ tərəfindən hazırlanmış sxemin tərkib hissəsidir.
Baqai bu təhlükəli planı zərərsizləşdirmək üçün bölgədəki bütün ölkələrin, xüsusən də Suriyanın qonşularını sayıq olmağa və səylərini koordinasiya etməyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Astana prosesinin qarant ölkələrinin (İran, Rusiya və Türkiyə) razılaşmaları əsasında Suriyanın Hələb və İdlib şəhərləri yaxınlığındakı ərazilər deeskalasiya zonaları elan edilib:
“Terror aktları Astana razılaşmalarının açıq şəkildə pozulmasıdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI