İran və İraq Suriyaya qoşun göndərmək istəyir – Mənbə

Tehran və Bağdad “müqavimət qrupları”, hətta ordular vasitəsilə birgə müdafiə layihələrini nəzərdən keçirir.

turaninsesi.az” Reuters-ə istinadla xəbər verir ki, bunu İranın yüksək rütbəli rəsmisi deyib.

Onun sözlərinə görə, İran hərbi müşavirlərinin sayını artırmaq və Suriyada daha çox qüvvə yerləşdirmək üçün bütün lazımi tədbirləri görüb.

Mənbə əlavə edib: “Tehran Suriyaya peykl məlumatları və informasiya dəstəyi verir:

“Tehran yəqin ki, Suriyaya hərbi texnika, raketlər və pilotsuz təyyarələr göndərməli olacaq. İran və İraq “müqavimət qrupları”, qoşun göndərmə vasitəsilə birgə müdafiə layihələrini nəzərdən keçirir. İndiki mərhələdə hava hücumlarını artırmaq qərarı isə Suriya və Rusiyaya məxsusdur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI