İran təslim olmayacaq – Dini lider

“İran xalqının məcburi müharibəyə dəyanətli müqavimət göstərir və bu xalq zorakılıq qarşısında heç kimə təslim olmaz”.
“turaninsesi.az” irib-ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi deyib.
O, televiziya vasitəsilə xalqa müraciətində qeyd edib:
“İranı, millətini və İranın tarixini bilən zəkalı insanlar heç vaxt bu xalqla təhdid dilində danışmaz, çünki İran xalqı təslim olan deyil. Amerikalılar bilməlidirlər ki, ABŞ-nin istənilən hərbi müdaxiləsi heç bir şəkildə özünə ziyansız qalmayacaq”.