İran sanksiyaların ləğvi üçün ABŞ-dan zəmanət istəyir

İran ABŞ-ın Oman vasitəsilə çatdırdığı nüvə nizamlanması təklifinə cavab hazırlayır və Tehran Vaşinqtondan sanksiyaların ləğvi ilə bağlı zəmanət istəyəcək
“turaninsesi.az” Mehr-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, agentliyi.
Mayın 31-də Əraqçi sosial mediada Omanın xarici işlər naziri Bədr əl-Busaidinin mesaj vermək üçün Tehrana qısa səfər etdiyini bildirib.
Tehran Vaşinqtonu İslam Respublikasının nüvə proqramı ilə bağlı davam edən danışıqlar zamanı İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyinə dair rəsmi zəmanət verməyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai deyib: “Snksiyaların həqiqətən ləğv ediləcəyinə dair təminat istəyirik”.
İran və ABŞ aprelin 12-dən Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün beş raund danışıqlar aparıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI