İran səfiri: Biz İsraili mütləq cəzalandıracağıq
Biz İsraili cəzalandıracağıq, cəza vaxtında və hesablanmış olacaq.
“turaninsesi.az” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
“Biz həmişə düşmənlərimizi cəzalandırmışıq, lakin ağlabatan üsulla və vaxtında. Bu dəfə də cəzalandıracağıq və cəza da vaxtında və hesablanmış olacaq”, – İranın Ermənistandakı səfiri qeyd edib.