İran Rusiya ilə vizaları tamamilə ləğv etməyə hazırdır

“İran Rusiya ilə vizaların tamamilə ləğvinə getməyə hazırdır”.

Turanın səsi ” xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

Diplomat qeyd edib ki, İran və Rusiya hazırda vizasız qrup turist səfərləri haqqında sazişin icrasının lap başlanğıcındadır:

“Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran bu addıma – dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz rəsmi şəxslərimizdən müvafiq qərarlar gözləyirik, ondan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir