İran Rusiya ilə vizaları tamamilə ləğv etməyə hazırdır

“İran Rusiya ilə vizaların tamamilə ləğvinə getməyə hazırdır”.
” Turanın səsi ” xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
Diplomat qeyd edib ki, İran və Rusiya hazırda vizasız qrup turist səfərləri haqqında sazişin icrasının lap başlanğıcındadır:
“Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran bu addıma – dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz rəsmi şəxslərimizdən müvafiq qərarlar gözləyirik, ondan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”.