İran proksi qüvvələrinə ÇAĞIRIŞ ETDİ – İsrailə genişmiqyaslı hücum… 

“The Washington Post”un məlumatına görə, İran rəsmiləri İsrailə genişmiqyaslı hücum və HƏMAS lideri İsmayıl Haniyənin qisasının alması ilə bağlı təhdidlərin əksinə olaraq, pərdə arxasında İsrail və ABŞ-ın verəcəyi cavabından narahatdır. 

turaninsesi.az” “Azad İran”a istinadən xəbər verir ki, bu səbəbdən də İranın İsrailə mümkün hücumu apreldəki raket hücumlarından daha kiçik və məhdud ola bilər. 

Bildirilib ki, İran rəsmiləri proksi qüvvələrinin rəhbərləri ilə təkbətək görüşərək onları ehtiyatlı olmağa çağırıblar. 

Qəzet adı açıqlanmayan livanlı rəsmiyə istinadən yazıb ki, son görüşlərdə İran nüvə proqramının zərərsizləşdirilə biləcəyindən, ən əsası da İsraillə ABŞ-ın birbaşa ölkənin nüvə proqramına hücum etməsindən narahat olduğunu vurğulayıb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir