İran ordusu İsrailin hücumuna dair bəyanat yaydı

İran Silahlı Qüvvələri ötən Şənbə günü İsrailin İrana zərbələr endirmək üçün ABŞ-ın nəzarətində olan İraq hava məkanından istifadə etdiyini bildirib.

turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, ölkənin hava hücumundan müdafiə bölmələri İsrail döyüş təyyarələrinin İranın hava məkanına daxil olmasının qarşısını alıb.

“Sionist düşmən açıq-aşkar təcavüzlə və beynəlxalq qanunları pozaraq, terrorçu ABŞ ordusunun nəzarəti altında olan İraqın hava məkanından istifadə edərək, İlam və Xuzistan əyalətində (İranın qərbində) və Tehran vilayətinin ətrafında bir sıra sərhəd radarlarına uzaqmənzilli raketlər atıb”, – deyə məlumatda qeyd olunur.

İran Silahlı Qüvvələri əlavə edib ki, İranın hava məkanından 100 km məsafədə atılan raketlər İran ballistik raketlərinin döyüş başlıqlarının çəkisinin beşdə biri ağırlığında döyüş başlıqlarına malikdir.

Bəyanatda deyilir ki, İranın radar qurğuları İsrailin hücumu nəticəsində “kiçik və səmərəsiz” ziyana məruz qalıb və bütün radar qurğuları ya təmir olunub, ya da yenidən texniki xidmət göstərilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir