İran MN: “İsfahan şəhərinə dron hücumu olub
Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb.
Qurum itkilərin olmadığı və zavoda “əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.