İran məhbusların mübadiləsindən aldığı vəsaitlə milli valyutanı möhkəmləndirəcək

0

İran Mərkəzi Bankı milli valyuta olan rialın möhkəmlənməsi üçün ABŞ ilə bağlanmış mübadilə çərçivəsində ölkənin əldə etdiyi 5,5 milyard avrodan istifadə edəcək.

Turanın səsi ” xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin deyib.

“Dünən Qətər hakimiyyətindən rəsmi məktub aldıq ki, altı İran bankının hesabları Qətərin iki bankında aktivləşdirilib və bu gün onlar 5 milyard 573 milyon 492 min avro ekvivalentində vəsait alıblar. Alınan bütün resurslar mərkəzi bankın ehtiyatlarıdır, onlar İran valyutası – rialın dəstəklənməsi və möhkəmlənməsi üçün istifadə olunacaq”,-deyə, o bildirib.

Qeyd edək ki, Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında məhbus mübadiləsi baş tutub. İran ABŞ-la razılaşma çərçivəsində beş amerikalı məhbusu azad edib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ABŞ-dan yalnız iki keçmiş məhbus qayıdacaq, digər ikisi isə onların xahişi ilə ABŞ-da qalacaq.

O əlavə edib ki, başqa bir məhbus üçüncü ölkədə ailəsinə qovuşacaq. Razılaşmanın bir hissəsi olaraq Tehran humanitar məqsədlər üçün dondurulmuş 6 milyard dollarlıq aktivlərə də çıxış əldə edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir