İran İsraildən qisasını belə aldı – Yerin dərinliyində…
İran kəşfiyyatı İsrailin yüksəkvəzifəli rəsmisinin zərərsizləşdirildiyini açıqlayıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, SEPAH-a aid olan “X” hesabında bu barədə paylaşım edilib.
Məlumata görə, İranın xüsusi əməliyyat qüvvələrinin fəaliyyəti nəticəsində İsrailin nəzarətində olan ərazilərin dərinliyində təhlükəsizlik kabinetinin yüksək vəzifəli üzvlərindən birinin hədəfə alındığı bildirilib.
Qeyd olunur ki, hadisə qısa müddət əvvəl baş verib, lakin hədəfə alınan şəxsin kimliyi və vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
Arzu Paşaqızı