İran İsrailə 2 tonluq bomba atdı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə gərginliyin artmasından bəri İsrailə qarşı “ən böyük və ən güclü” hücumun həyata keçirildiyini açıqlayıb.
“turaninsesi.az ” bildirir ki, İran hücum zamanı yeni “Xorremşəhr” tipli raketlərdən istifadə edib.
İranın Press TV telekanalının məlumatına görə, 2 tonluq döyüş başlığına malik bu raketlərlə Təl-Əviv və Hayfa şəhərlərində yerləşən hədəflər vurulub. Hücumdan sonra Təl-Əvivin bəzi rayonlarında elektrik enerjisinin qismən kəsildiyi bildirilir.
Arzu Paşaqızı