İran IAEA ilə əməkdaşlığı dayandırdı

İran prezidenti Məsud Pezeşkian ölkəsinin Beynəlxalq Nüvə Enerjisi Agentliyi (IAEA) ilə əməkdaşlığın dayandırılması haqqında qanunu imzalayıb.
“turaninsesi.az” irib-ə istinadla xəbər verir ki, qadağa 2 ili əhatə edir.
Keçən həftə İran parlamenti bu qanunu təsdiqləyib və parlamentin sədri Məhəmməd Baqer Qalibaf layihənin prezidentə təqdim olunduğunu bildirib.