İran ABŞ və İsrail obyektlərinə raket zərbələri endirdi
İran ABŞ və İsrail obyektlərinə qarşı “Həqiqi vəd – 4” əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
“turaninsesi.az ” xəbər verir ki, bundan əvvəl NourNews İranın regiondakı ABŞ bazalarına zərbələr zamanı ən yeni ağır raketdən istifadə etdiyini iddia etmişdi.
Fevralın 28-də İsrail Müdafiə Qüvvələri İran ərazisinə “Şir nəriltisi” əməliyyatı çərçivəsində zərbələr endirmişdi və hər iki ölkə hava məkanını bağlamışdı.
Daha sonra ABŞ Prezidenti Donald Trump ABŞ-ın da əməliyyatda iştirak etdiyini bildirib. Pentaqon əməliyyatı “Epik Qəzəb” adlandırıb.
İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb və Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
Arzu Paşaqızı