İran ABŞ səfirliyini vurdu – Vaşinqton bu ölkələrdəki diplomatlarını çıxarır
İran ABŞ-nin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən səfirliyinə zərbə endirib.
“turaninsesi.az ” “The Washington Post”a istinadən xəbər verir ki, nəticədə diplomatik nümayəndəliyin binasının bəzi hissələri bərpası mümkün olmayan vəziyyətə düşüb.
Binanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) aid stansiyanın yerləşdiyi bölməsi də zərər görüb.
Nəşrin yazdığına görə, ehtimal olunan İran dron hücumu nəticəsində səfirliyin yuxarı mərtəbəsində yerləşən CIA stansiyasının da daxil olduğu bölmələr ciddi zərər görüb.
Eyni zamanda ABŞ Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda əsas heyətdən başqa, əlavə diplomatların da bölgədən çıxarılması barədə göstəriş verib. Məlumata görə, Türkiyə və Səudiyyə Ərəbistanı da artıq təxliyə tədbirləri tətbiq edilən yerlər sırasına daxil edilib. Bundan əvvəl Bəhreyn, Küveyt, Bağdad və Erbildə yerləşən diplomatik nümayəndəliklərlə bağlıda oxşar qərarlar qəbul olunmuşdu.
Arzu Paşaqızı