İran 1 tonluq raketlər atdı: Tammiqyaslı müharibəyə başladı
İranın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı son raket hücumu zamanı ağır döyüş başlığına malik raketlərdən istifadə etdiyi bildirilib.
“turaninsesi.az ” İRNA-ya istinadla bildirir ki, SEPAH İsrailə qarşı həyata keçirdiyi son əməliyyat dalğası çərçivəsində Təl-Əviv şəhərinə təxminən 10 ədəd super ağır raket buraxıb. Bildirilir ki, həmin raketlərin hər birinin döyüş başlığının çəkisi təxminən 1 ton olub.
SEPAH-ın Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib ki, münaqişənin növbəti mərhələlərində İran yalnız 1 tondan artıq döyüş başlığına malik raketlərdən istifadə edəcək.
Hazırda hücum nəticəsində dəyən zərər və mümkün itkilər barədə rəsmi məlumat açıqlanmayıb.
Arzu Paşaqızı