İran-Əfqanıstan sərhədində toqquşma baş verib

İranın Əfqanıstanla sərhədində silahlı toqquşma baş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Əfqanıstanın Nimroz əyalətindəki mənbələrə istinadən “Aamaj News” agentliyi məlumat yayıb.

Atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilmir.

İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib.

Əfqanıstanın “Haşt-e Subh” qəzetinin Nimroz əyalətindəki mənbələrə istinadən verdiyi məlumata görə, İran sərhədçiləri ilə “Taliban” arasında silahlı toqquşmalar davam edir. Toqquşmalar daha əvvəl, 2021-ci ilin dekabrında, eləcə də 2022-ci ilin iyulunda da qeydə alınıb.

Bu il fevralın sonlarında “Taliban” bir iranlı sərhədçini əsir götürüb və danışıqlardan sonra geri qaytarıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir