İrəvani: ABŞ terrorçuların hücumunu dəstəkləyir

“Heyət Təhrir əl-Şam” (HTŞ) terror qruplaşmasının Suriyaya hücumda yüksək texnologiyalı silahlardan istifadə etməsi Amerika tərəfinin hücuma məqsədyönlü dəstəyini açıq şəkildə göstərir.

turaninsesi.az” xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

O, Suriya böhranı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib: “HTŞ əməliyyatının miqyası və mürəkkəbliyi, qabaqcıl silahlar və pilotsuz təyyarələrdən istifadə etməklə terrorizmi siyasi gündəminin alətinə çevirən ABŞ-ın [hücuma] qəsdən dəstəyini vurğulayır”.

Diplomat əlavə edib ki, Suriyadakı münaqişənin alovlanmasına görə məsul olan ölkələr “öz hərəkətlərinə və Suriya xalqı üçün dağıdıcı nəticələrə görə cavabdeh olmalıdırlar”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI