İrəvanda banka basqın edən polis polkovnikinə ömürlük həbs cəzası verildi
İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi 2018-ci ildə HSBC bankın Ermənistanın paytaxtında yerləşən filialına hücum edən Yol Hərəkəti Qaydalarının Pozulmasının Qeydiyyatı Mərkəzinin rəisi, polkovnik Daniel Danielyana hökm oxuyub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Belə ki, məhkəmə prokurorun vəsatətini təmin edərək D.Danielyanı ömürlük həbs cəzasına məhkum edib.
İstintaq müəyyən edib ki, 2018-ci il mayın 3-də Danielyan bıçaq, tapança və qumbara ilə silahlanaraq bankın binasına soxulub, onun əməkdaşlarına hücum edib.
İnsident nəticəsində iki nəfər yaralanıb, onlardan biri dünyasını dəyişib.
Pulları oğurlayan Daniel Danielyan qaçmağa çalışsa da, saxlanılıb. Həbs zamanı o, polislərdən birini də ölümcül yaralayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI