İrəvan müttəfiqimiz olaraq qalır – KTMT baş katibi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısındakı bütün öhdəlikləri dəyişməz olaraq qalır.
“turaninsesi.az” xəbər verir ki, bunu qurumun baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, Ermənistanla struktur arasında bu yaxınlarda formalaşmış münasibətlər formatı, ilk növbədə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır.
“Bununla belə, o müttəfiqimizdir. Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır. İrəvan istənilən vaxt təşkilatın tammiqyaslı iştirakına qayıda bilər”, – deyə Tasmaqambetov əlavə edib.