İrəvan KTMT-yə üzvlük haqqını ödəməyib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2024-cü il üzvlük haqqını ödəməyib
“turaninsesi.az” armenpress-ə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O bunu KTMT-də iştirakın dondurulması ilə əlaqələndirib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirmişdi ki, Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə üzvlük haqqını ödəməsə, təşkilata üzv ölkələr “müxtəlif ssenarilər nəzərdən keçirə bilər”.
Mart ayında parlamentin spikeri Alen Simonyan demişdi ki, Ermənistanla KTMT arasında münasibətlərdə dəyişmə ehtimalı yoxdur.
2024-cü ilin dekabrında Ermənistanın baş naziri Nikol Paşinyan Paşinyan demişdi ki, İrəvan özünü KTMT-dən kənarda hesab edir, təşkilata qayıdışı məqamı keçib.
O, qeyd edib ki, Ermənistan KTMT-də iştirakını dayandırıb və bu qərara səbəb “KTMT-nin Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi” vəziyyət olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI