İordaniya Suriyadan atılan raketin krallıq ərazisi üzərində partladığını bildirib

Suriyadan atılan raket İordaniyanın üzərində partlayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə PETRA xəbər agentliyi məlumat yayıb.

“Şənbə günü yerli vaxtla saat 22:25-də Suriya ilə sərhədə bitişik Vadi Əqrab bölgəsində raketin havada partlaması nəticəsində onun parçaları əraziyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, maddi ziyan dəyməyib”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, krallığın silahlı qüvvələri İsraillə Suriya arasında gərginliyin artması fonunda vəziyyətə nəzarəti davam etdirir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir