İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində Banda dənizində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 39,5 min nəfərin yaşadığı Tual şəhərindən 157 km cənub-qərbdə, mənbə 75 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir