İndoneziya sahilində güclü zəlzələ olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/7430fe90d604852deff28256fdb3c280-7.jpg)
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 92,1 min nəfərin yaşadığı Pariaman şəhərindən 191 km cənub-qərbdə yerləşib. Episent 42 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.