İmran Xan sui-qəsd zamanı 16 yara alıb

0

Xəbər verdiyimiz kimi, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs İmran Xanın içərisində olduğu avtomobilə atəş açıb. Atəş açan şəxs saxlanılıb. 

Turanın səsi” “GEO” telekanalına istinadən xəbər verir ki, sui-qəsd cəhdinin təfərrüatı məlum olub. 

Məlumata görə, keçmiş Baş nazir insident zamanı hər iki ayağından yaralanıb. 

Həmçinin oxuyun: Президент присвоил Маису Бархударову звание генерал-лейтенанта

Güllə İmran Xanın sağ ayağına və sol ayağının sümüyünə dəyib. 

Həkimlərin sözlərinə görə, İmran Xan xəstəxanaya çatdırılarkən huşsuz vəziyyətdə olub. Onun ayaqlarında 16 yara izi qeydə alınıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir