Hulusi Akar Ermənistana çağırış edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/thumbs_b_c_f69665f565b41769c1a46f3ce1ec90bc-2.jpg)
“Soyqırımı iddiaları Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətindəki ən böyük maneədir”.
“Turanın səsi ” “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Azərbaycan 30 illik işğaldan sonra “bəsdir artıq” deyərək torpaqlarını azad etdi: “Bundan sonra biz Ermənistana sülh əli uzatdıq. Arzumuz Ermənistanın ən qısa vaxtda uzatdığımız sülh əlini tutması, belə səhv addımlarla xalqının gələcəyinə mane olmamasıdır”.