Hulusi Akar Cozef Baydenə cavab verib: “Gərək ABŞ-dakı arxivlərə baxsın”

“ABŞ Prezidenti Cozef Bayden və başqaları gərək ABŞ-ın milli arxivlərinə baxsınlar”.

turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.

O söyləyib ki, həmin arxivlərdəki məruzələrdə hansısa soyqırımdan bəhs edilməyib: “Sadəcə qarşılıqlı gərginliklə bağlı açıq və konkret məlumatlar var. Kim “soyqırım” barədə danışmaq istəyirsə, əvvəlcə həmin sənədləri oxumalıdır. 1600 səhifəlik məruzələrdə nə qətliamdan, nə də soyqırımdan bəhs olunur. Həmin sənədlərdə əksini tapmayan hər şey subyektiv xarakter daşıyır”.

Nazir bildirib ki, təkcə C.Bayden yox, digərləri də həmin arxivlərlə tanış olmalıdır.

Qeyd edək ki, C.Bayden 1915-ci il 24 aprel hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir