Hörmüz boğazı nəzarətimizdədir – “Sepah” təmsilçisi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

turaninsesi.az ” Fars News-a istinadla xəbər verir ki, boğazdan keçməyə çalışan hər hansı bir gəmi raket və ya dronlarla vurulma riski ilə üzləşəcək.

“Hörmüz boğazı hazırda İslam Respublikası donanmasının tam nəzarəti altındadır”, – bunu “Sepah” donanmasının təmsilçisi Məhəmməd Əkbərzadə bildirib.

ABŞ prezidenti Donald Tramp martın 3-də ABŞ donanmasının Fars körfəzində neft tankerlərini müşayiət etməyə hazır olduğunu vurğulayıb.