“Hizbullah” atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirdi

“Hizbullah” hərəkatı atəşkəs sazişi bağlandıqdan sonra ilk dəfə İsrail ordusunun Livanla sərhəddəki Kfar Şuba kəndi ərazisindəki mövqelərinə hücum etdiyini açıqlayıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Əl-Mənar” telekanalı hərəkatın bəyanatına istinadən məlumat yayıb.

Məlumatda bunun İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olduğu qeyd edilir.

“İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində hücumları gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb”, – hərəkatın bəyanatında bildirilir.

Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs razılaşması noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI