Hindistanda 5,5 maqnitudalı zəlzələ olub
Hindistanda 5,5 maqnitudalı zəlzələ baş verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 55 min nəfər əhalisi olan Kərimqanc şəhərindən 18 kilometr şimal-qərbdə yerləşib. Ocaq isə 10 kilometr dərinlikdə olub.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.