Hindistan düyü tədarükünə məhdudiyyətlər qoyub

Dünya düyü ixracının 40 %-ni təşkil edən Hindistan rəsmiləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu məhsulun tədarükünə məhdudiyyətlər qoyub.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Hindistan hökuməti tədarükün təxminən üçdə birini təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Hindistan ən böyük düyü ixracatçısı olduğundan dünya bazarlarında bu məhsulun qiymətləri artmağa başlaya bilər.

Hindistanın Düyü İxracatçıları Assosiasiyasının prezidenti Krişna Rao bildirib ki, bu addım sayəsində daxili qiymətlər aşağı düşəcək və bu, hökumətə ərzaq inflyasiyasını nəzarətdə saxlamağa kömək edəcək.

İyul ayında Hindistan “Basmati” sortu istisna olmaqla, ağ düyü ixracına qadağa qoyub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir