“HƏMAS”ı tamamilə məhv etmək mümkün deyil – Lavrov 

İsrailin baş naziri Binyamin Netanyahunun istədiyi kimi Fələstinin Həmas qruplaşmasını tamamilə məhv etmək mümkün deyil. 

turaninsesi.az” bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Malayziyaya səfərinin yekunları üzrə deyib. 

O, bu işi qeyri-real hesab edir. 

“Mənim fikrimcə, bu nöqteyi-nəzərdən həmkarlarımın çoxu razılaşır, mövcud və kifayət qədər imkanlara, dəstəyə malik olan bir təşkilatı tamamilə məhv etmək qeyri-real məsələdir”, – Lavrov bildirib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir