HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə Qətərdə dəfn edilib-Qəbrinin FOTOSU

Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.

turaninsesi.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmilərinin iştirakı ilə əlaqədar təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir