“Heç kəsə aman vermirdilər, hər kəsi güllələyirdilər” – Şahid danışdı

“Bu, sadəcə bir növ dəhşət idi! Sadəcə dəhşətli! Ora çox qorxuludur!”. 

Turanın səsi ” xəbər verir ki, bu barədə hadisə şəhidlərindən biri olan Marina məlumat verib.

O daha sonra vurğulayıb: “Heç kəsə aman vermirdilər. Hər kəsi güllə-baran edirdilər. “Krokus”dan canımı güclə qurtararaq qaça bildim. insanlar çığırırdılar. Dəhşətli qəddarlıq baş verirdi. İlk vaxtlar nə baş verfiyini anlaya bilmirdim. Hər kəs sığınmağa yer axtarırdı”.

Hadisə şahidi bildirib ki, Moskvada “Crocus City Hall”da konsertdən əvvəl atışma başlayanda insanlar özlərini çaşqınlıqla aparıblar. O, terror aktı baş verən yerdəki vəziyyəti belə təsvir edib.

“Saat 20:00 radələrində konsert üçün növbəyə durmuşdum, sol tərəfdəki şüşə qapılardan üst paltarı olmayan adamlar qaçdılar, 15-ə yaxın adam avtomatdan yayılım atəş eşitdiklərini bildirdi. Çaxnaşma başladı, insanlar atışmadan qaçsalar da, aralarında bəzi insanlar əksinə, atışmaya tərəf gedirdilər. Nə baş verdiyini anlamaq üçün özlərini təhlükəyə atırdılar. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir