Hatayda güclü zəlzələ olub
Türkiyənin Hatay şəhərinin Arsuz rayonundan 8,8 km məsafədə Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 10,77 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 23:47-də qeydə alınıb.
KİV-də yayılan məlumata görə, zəlzələ Türkiyə ilə yanaşı Suriya və Livanda da hiss edilib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI