Haniyənin cənazəsi Qətərə gətirildi
HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin cənazəsini daşıyan təyyarə avqustun 2-də onun dəfn mərasiminin keçiriləcəyi Qətərə enib.
“turaninsesi.az” “Mehr”ə istinadla xəbər verir ki, avqustun 1-də Tehranda HƏMAS lideri ilə vidalaşıblar. İranın ali dini lideri Ayətullah Xamnəi onun cənazə namazını qılıb.
Haniyə iyunun 31-də Tehranda öldürülüb. HƏMAS hücumda israilliləri günahlandırıb. İsrail hələ Haniyənin qətlinə görə məsuliyyəti üzərinə götürməyib.